Qaydalara əsasən isə 3 dəfə üzrsüz səbəbdən meydana çıxmayan komanda çempionatdan kənarlaşdırılır. "Ağsu Siti" üçüncü dəfə oyuna yol qəzası keçirdiklərinə görə gedib çıxa bilməmişdi. Məsələ ilə bağlı Region Liqasının təşkilatçısı Yusif Vəliyevlə əlaqə saxlamışdıq. O isə "Ağsu Siti" rəhbərliyinin dəlillərini qəbul etmədiklərini, klubun saxtakarlığa əl atdığını bildirmişdi.
Maraqlıdı, "Ağsu Siti" ilə bağlı AFFA-nın İntizam Komitəsi niyə qərar verməyib? Komanda bundan sonra fəaliyyətini davam etdirəcək? Bu suallara cavab tapmaq üçün "Ağsu Siti"nin prezidenti Rəmzi Eminli ilə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlamasına keçid alaq:
"AFFA-ya, həmçinin İntizam Komitəsinə təşəkkür edirik ki, klubun fəaliyyətinə xitam vermədilər. Son oyuna gedə bilməməyimizi üzrlü səbəb kimi qəbul etdilər. Bundan sonra da işimizə davam edəcəyik. Komandanın heyəti tam dəyişir. Məşqçilər korpusu yenilənib. MOİK-in sabiq məşqçiləri bundan sonra bizim komandanı çalışdıracaq. Həftəiçi 5 gün məşq edib həftəsonu oyunlara çıxacağıq. Çoxları Region Liqasına yuxarıdan aşağı baxır. Qarşıya 1-ci diviziona yüksəlməyi məqsəd qoyduğumuza görə bundan sonra daha yüksək səviyyədə çıxış edəcəyik".
ŞAİR ABDULLA



