Football-plus.az xəbər verir ki, o bildirib ki, son turda qarşılaşmalı olduqları “Ağsu-06” ilə matça qəza keçirdiklərinə görə gedə bilməyiblər. Rəmzi bəy bununla bağlı AFFA-ya müraciət etdiklərini də deyib. Qurumdan onların qəza keçirməsi ilə bağlı fakt, şəkil, polisdən arayış tələb olunub. “Ağsu Siti” isə lazımi sənədləri asosiasiyaya göndərib. Lakin bunların heç biri nəzərə alınmayıb. Region Liqasının Əsasnaməsinə görə iki dəfə üzürsüz səbəbdən oyuna çıxmayan komanda münarizədən kənarlaşdırılır. Bu, “Ağsu Siti”nin başına gələn ikinci belə hal olduğuna görə komandanın cəzalanacağı gözlənilir. Rəmzi Eminli güzəşt olunmamasını da əsaslandırıb. Onun sözlərinə görə, rayonun Gənclər və İdman İdarəsinin rəisi icra başçısının adından AFFA-ya təzyiq edib. Bu səbəbdən qurum “Ağsu Siti”yə güzəşt etməkdən çəkinib.
Bu ittihamları nəzərə alaraq AFFA-nın İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq:
“Region Liqasından mənə heç bir məktub gəlməyib. Onlar deyirlər ki, şəkil, arayış göndərilib, lakin mən bunların heç birini görməmişəm. AFFA-ya bir sənəd göndərilirsə, mütləq mənə çatır. Bunu da unutmayın ki, kiməsə təzyiq göstərsələr də, İntizam Komitəsinə heç kim təzyiq edə bilməz. Yenə deyirəm, mənə nə bir şəkil, nə də arayış gəlib. Əlimdə material olmayandan sonra necə araşdıra bilərəm? Mənim bu barədə heç bir məlumatım yox idi, indi sizdən eşitdim. Bəli, həqiqətən də sənəd, foto varsa, göndərsinlər, biz də araşdıraq. Burda heç bir təzyiqdən söhbət gedə bilməz".
ŞAİR ABDULLA





