Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

1.12.2022 12:05 6 862
Ölkə futbolu / Manşet
Region Liqasında çıxış edən klublardan biri fəaliyyətini dayandırır.

Football-plus.az xəbər verir ki, söhbət 3-cü turda "Araz"la qarşılaşmaq üçün Saatlıya yollanmayan "Ağsu Siti"dən gedir. Bu məlumatı saytımıza açıqlamasında klubun prezidenti Rəmzi Eminli dedi:

"4 ildi ki, fəaliyyət göstəririk. Artıq tükənmişik. Bizə problemlər yaradırlar. Maliyyə imkanımız yoxdu. Ağsu şəhər stadionunda oynamağımız üçün icarə haqqı istəyirlər. Səfərlərə getməyə pulumuz yoxdu. Yaxın günlərdə AFFA-ya fəaliyyətimizi dayandırmaqla bağlı müraciət edəcəm. 99 faiz çempionatda çıxış etməyəcəyik".

İLKİN SULTANLI