“İstədiyimiz rəqib idi” deyə bilərəm" - Rəmzi Eminli

19.03.2022 19:00 815
Ölkə futbolu
Dünən Region Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

"Ağsu Siti"ninn rəqibi "Karvan" olub. Klubun prezidenti Rəmzi Eminli püşk barədə fikirlərini bizlə bölüşüb:

"Karvan" bizim üçün əla rəqibdi. “İstədiyimiz rəqib idi” deyə bilərəm. İnanıram ki, birinci oyunda hər şeyi həll edəcəyik. Növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik. Komanda olaraq buna söz vermişik. Mən kollektivə güvənirəm. Ötən mövsüm heç nədən Ağdaşa uduzmuşduq. Çünki meydana arxayın çıxmışdıq. Burda isə hər oyun bizim üçün final deməkdi".


GÜNAY VƏLİYEVA