Braziliya çempionatında yenicə sona çatan mövsümün ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyada Luis Suares qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, “Qremio”nun təcrübəli hücumçusu 2023-cü ildə A seriyasındakı çıxışı ilə bütün futbolçuları arxada qoyub. Klubun rəsmi saytının bununla bağlı məlumatında belə deyilir:
“Başqa cür ola bilməzdi. Luis Suares 2023-cü ilin ən yaxşı hücumçusu və futbolçusu seçilib. Azarkeşlərimizin kumiri “Gümüş top” və “Qızıl top”u aldı. O, sadəcə, bombardirdən daha çox, “Qremio” üçün meydanda dahidi”.
Qeyd edək ki, 36 yaşlı uruqvaylı forvard ilk dəfə çıxış etdiyi A seriyasında 33 matçda iştirak edib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Luis 20 qolla ən yaxşı bombardir olan “Atletiko Mineyro”nun 23 yaşlı hücumçusu Paulinyodan 3 top geri qalaraq “Gümüş top” mükafatına da sahib çıxıb.