• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Lans” sürpriz qələbə qazandı, “Sevilya” sonda məyus oldu

Çempionlar Liqası

5-10-2023, 23:0

B qrupu
Lans – Arsenal 2:1 (1:1)
Lans (Fransa): Samba, Qradit, Danso, Medina, Frankovski, Əbdül Səməd, Mendi (Diuf, 73), Maşado (Agilar, 81), Sotoka, Tomasson (Füljini, 73), Vai (Said, 73).
Arsenal (London, İngiltərə): Rayya, Tomiyasu, Zinçenko (Uayt, 70), Rays, Edeqor (Nketia, 80), Haverts (Smit-Rou, 70), Saka (Vieyra, 34), Jezus, Trossar (Nelson, 70).
Qollar: Jezus, 14 (0:1). Tomasson, 25 (1:1). Vai, 69 (2:1).
Vərəqələr: Əbdül Səməd, 90. Jezus, 90 – sarı.
Hakim: Marko Quida (İtaliya).
3 oktyabr. Lans. 37040 tamaşaçı.
oyunun statistikası
9 (3) qapıya (“çərçivə”yə) zərbə 12 (6)
3 künc zərbəsi 5
4 ofsayd 0
8 qayda pozuntusu 10
1 (0) sarı (qırmızı) vərəqə 1 (0)
32 topa sahibolma (faizlə) 68

"Football-plus.az" xəbər verir ki, Fransa çempionatında autsayderlər sırasında qərarlaşan “Lans” ÇL-də gözlənilməz nəticələrlə yadda qalır. İlk turda “Sevilya”dan xal alan Hayzın komandası bu dəfə evdə “Arsenal”ı məğlub etməklə sensasiyaya səbəbkar oldu. Cəsarətli oynayan meydan sahibləri qələbəyə layiq idi. Çox güman, erkən qola ümid edən Fransa klubunun start təzyiqi nəticə vermədi. Qonaqlar isə ilk təhlükəli vəziyyətdən yararlana bildi. Tomasson kobud səhvə yol verməklə topun Sakaya düşməsinə, o isə Jezusun fərqlənməsinə şərait yaratdı. Cəmi 11 dəqiqə sonra tablodakı rəqəmlər eyniləşdi – qolda kobud səhv edən Tomasson günahını hesabı bərabərləşdirməklə yudu. Bundan sonra oyun bir qədər sakit xarakter aldı. Ancaq fasilədən dərhal sonra Trossar qonaqları irəli çıxara bilərdi, sadəcə, qapıçı ilə dueldən məğlub ayrıldı. Bir də hissənin ortalarında oyunda canlanma yarandı. Əbdül Səmədin zərbəsindən sonra top toru yandan silkələdi, qonaqların cavab hücumunda Tomiyasu qapını nişan aldı, Samba yenə “Lans”ı xilas etdi. “Topçular” tezliklə bu imkan əldən verdiyinə görə məyus oldu. “Arsenal”ın müdafiəçilərinin cərimə meydançasının mərkəzində gözdən qaçırdığı Vai topu küncə göndərdi. Arteta dərhal oyuna yeni qüvvə qoşdu. Smit-Rou və Nelson imkanları boşa verəndən sonra aydın oldu ki, “Lans” bu əzmkar qələbə sayəsində qrup lideri olacaq. “Arsenal” isə hələ bu qrupun favoriti statusunu doğrultmalıdı.

PSV – Sevilya 2:2 (0:0)
PSV (Eyndoven, Niderland): Benites, Teze, Ramalyo (Bella-Koçap, 82), Boskalyi (Pepi, 82), Dest, Tillman, Sxuten, Verman (Saibari, 71), Bakayoko (Losano, 71), De Yonq, Lanq.
Sevilya: Nülann, Navas (Xuanlu, 73), Qudel, Ramos, Pedrosa (Akunya, 73), Fernando (Sou, 66), Rakitiç, Okampos (Bade, 87), Suso (Torres, 66), Lukebakio, Ən-Nəsiri.
Qollar: Qudel, 68 (0:1). De Yonq, 86-p. (1:1). Ən-Nəsiri, 87 (1:2). Teze, 90+5 (2:2).
Vərəqələr: Verman, 27. Navas, 36. Losano, 90+1. Bade, 90+7. De Yonq, 90+8 – sarı.
Hakim: Daniele Orsato (İtaliya).
3 oktyabr. Eyndhoven. 34206 tamaşaçı.
oyunun statistikası
29 (7) qapıya (“çərçivə”yə) zərbə 10 (2)
8 künc zərbəsi 4
3 ofsayd 2
11 qayda pozuntusu 9
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
59 topa sahibolma (faizlə) 41

Qrupun digər oyununda PSV ilə “Sevilya” qalibi müəyyənləşdirə bilmədi. PSV Lanqla Bakayokonun saysız-hesabsız mərkəzə çəkilməsi ilə istədiyinə nail olmağa çalışdısa, “2 nömrə” kimi oynayan “Sevilya” Benitesin qapısı önündə nadir hallarda göründü. Əndəlüslərdən Okamposun iti bucaq altından qapıya düşmək cəhdi yadda qaldı. PSV-dən Ramalyonun vurduğu qol ofsayd üzündən sayılmadı. Fasilədən sonra komandaların qol vəziyyətindən yararlanmaq əmsalı artdı. Həm meydan sahibləri, həm də qonaqlar standart vəziyyətlərdən bacarıqla yararlandı. “Sevilya” kornerin ardından Qudelin zərbəsi ilə irəli çıxdı. Əsas vaxt başa çatmaq üzrə olarkən 1 dəqiqə (!) intervalla De Yonq penaltini qola çevirdi və Ən-Nəsiri Xuanlunun ötürməsini başla tamamladı. Nəhayət, artıq uzatma dəqiqələrində rəqibin cərimə meydançasına şığıyan Teze PSV-ni məğlubiyyətdən qurtardı. PSV ÇL-də son 14 oyunda, “Sevilya” isə avrokuboklarda son 14 səfər oyununda qalib gələ bilməyib.

1. Lans 2 1 1 0 3-2 4
2. Arsenal 2 1 0 1 5-2 3
3. Sevilya 2 0 2 0 3-3 2
4. PSV 2 0 1 1 2-6 1
24 oktyabr: Sevilya – Arsenal, Lans – PSV.

Oyundan sonra...
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Lans” çox yaxşı komanda, səviyyəli rəqibdi. Hesabı açsaq da, rəqib yeganə imkandan yararlanıb onu bərabərləşdirdi. Fasilədən dərhal sonra fərqlənmək imkanımız oldu. Doğrudu, hücumda yetərincə kəsərli deyildik. İmkanları qaçırmaq bir yana, həm də yaxşı müdafiə oluna bilmədik. Sakanın zədəsinə gəlincə, daban nahiyəsində ağrı hiss etdi, oyunu davam etdirə bilmədi”.

Kevin Danso, “Lans”ın müdafiəçisi: “Azarkeşlərimiz önündə bütün gücümüzü qoyduq. Çətin oyun idi, “Arsenal” çox yaxşı oynadı, bizi dərindən müdafiə olunmağa məcbur etdi. Ancaq müdafiədə dözdük və konsentrasiyanı qoruduq. Xoşbəxtlikdən bu oyunda qələbə qazandıq”.

Lük de Yonq, PSV-nin müdafiəçisi: “Oyuna tam halında baxsaq, düşünürəm ki, topa biz daha çox nəzarət etdik, rəqibin də yaxşı imkanları oldu. Son nəticədə qazanılan 1 xaldan razıyıq, axı hesabı uzatma dəqiqələrində bərabərləşdirdik. Ancaq düşünürəm ki, daha yaxşı oynaya və qələbə qazana bilərdik”.

Xose Luis Mendilibar, “Sevilya”nın baş məşqçisi: “Dözmək lazım gələndə dözdük. İlk yarı çox çətin keçdi, hərçənd rəqib aşkar qol vəziyyətləri yaratmadı. 2-ci hissədə oyun daha açıq xarakter aldı, bizim də imkanlarımız yarandı. Qələbəni əldən verdiyimizə görə evə bir qədər parçalanmış və məyus halda qayıdırıq”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

24-09-2023, 13:0

“Arsenal” favoritdi, qalan komandalar 2-ci yer uğrunda oynayacaq

Dünya futbolu

4-05-2023, 17:0

“Lans” ÇL-ə vəsiqəyə çox yaxındı – TURUN ŞƏRHİ

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu

28-05-2023, 11:0

"Lans" 24 ildən sonra

Dünya futbolu

6-06-2022, 17:0

Qabriel Jezus "Arsenal"a keçməyə çox yaxındı

Dünya futbolu

27-01-2023, 14:0

"Lans"dan 3,9 milyonluq transfer

Aktual
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
Son xəbərlər
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 11:09
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 486
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 255
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 200
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə