"Sabah"dan getmək istəmirəm"

15.12.2023 17:32 246
Premyer-liqa / Manşet
"Sabah"Misli premyer-liqasının 17-ci turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Araz Naxçıvan" yaxşı komandadı. Onlarla oyunda özün öz qapına iki qol vurursansa, heç kim günahkar deyil. Günahkar bizik. Nəticə qanunauyğundu.

- Yenidən Yusif İmanova şans verdiniz. Bu, nə ilə bağlıdı? Buraxdığı qolu necə şərh edərdiz?
- Nicat ötən turda zədə almışdı. Buraxılan qola gəldikdə, olmamalı idi.

- Yay transferləri özlərini doğrultmur. Ola bilər ki, ona görə qeyri-stabil çıxış edirsiz?
- Biz özümüz günahkarıq. Çox asandı kimisə günahlandırmaq. "Səbail"lə matçdan sonra oyuna belə köklənməməlisən.

- Qışda yeni futbolçular gətirəcəksiz?
- Xeyr, planımız yoxdu.

- "Alaniya" və "Şinnik"in sizinlə maraqlandığı deyilir. Məsələ nə yerdədi?
- Bu mövsüm ərzində premyer-liqadan 2-3 yaxşı təklifim olmuşdu. Getsəydim, ora gedərdim. Amma "Sabah"dan getmək istəmirəm.