"Qarabağ"ın qapıçısı Avropa Liqasında 3-cüdü

15.12.2023 10:52 194
Avropa Liqası
"Qarabağ"ın üzvü Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

"Football-plus.az" xəbər verir ki, rusiyalı qolkiper qrupdakı 6 qarşılaşmada 23 seyv edib.

32 yaşlı qapıçı bu göstəriciyə görə 3-cü pillədə yer alıb. Siyahıya Cənubi Kipr "Aris"indən Vana (30) başçılıq edir. "Rakuv"dan Vladan Kovaçeviç (27) ikincidi.

Xatırladaq ki, "Qarabağ" ötən axşam qrupda sonuncu oyununa çıxıb və "Həkken"ə qalib gələrək (2:1) 1/16 finala yüksəlib.