• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ölkənin ən məşhur hakimi tovuzluları narazı saldı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

14-12-2023, 13:0

18 sarı, 1 qırmızı vərəqə - premyer-liqada 16-cı turun cəza dosyesi belədi.

"Football-plus.az" xəbər verir ki, tur o qədər də kobud mübarizə şəraitində keçməyib. Emil Səfərova göstərilən yeganə “qırmızı” da birbaşa deyildi, 2-ci “sarı”nın nəticəsi idi. Amma söhbət hakim qərarlarından gedirsə, Əliyar Ağayevin “Neftçi”nin 3-cü qolunu saymaqla “Turan Tovuz”dan cari mövsümdə artıq neçənci dəfə narazılıq sədasının eşidilməsini səbəbkar olduğun deməliyik.

Neftçi – Turan Tovuz, ƏLİYAR AĞAYEV
Oyunun gərgin keçəcəyi və FİFA referisinin verəcəyi qərarların da diqqət mərkəzində olacağı bəlli idi. İlk yarıda Əliyar Ağayev hansısa mübahisəyə açıq qərar vermədi. Baş hakim hər iki tərəfin futbolçuları qayda pozuntusu edərkən fiti səsləndirsə də, bakılıların xeyrinə qərarlar verəndə tovuzlu azarkeşlər "Əliyar, "Neftçi"nin formasını gey" kimi şüarlar səsləndirirdi. Referinin birmənalı qarşılanman qərarı 73-cü dəqiqəyə təsadüf etdi. "Neftçi"dən Olanare komandasının 3-cü qolunu vursa da, Əliyar Ağayev qolu təsdiq etmədi. Bir qədər sonra VAR otağından epizodun yenidən incələnməsiylə bağlı xəbər gəldi. Təxminən 2 dəqiqə çəkən yoxlamadan sonra VAR-da əyləşən hakimlər qolun qaydalar çərçivəsində vurulduğunu dedi. Meydandakı əsas hakim həmkarlarının qərarına skeptik yanaşmayaraq onlarla həmfikir oldu və mərkəzi göstərdi. Ağayevin monitora yaxınlaşmamasını, epizodu şəxsən incələməməsini Turan Tovuz" düşərgəsi etirazla qarşıladı. Tovuzluların fikrincə, qolla nəticələnən hücumun əvvəlində “Neftçi”nin oyunçusu tovuzlularlan Fərid Nəbiyevin üzərinə iki ayaqla hücum edib. Təsadüfi deyil ki, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov da oyunsonrası mətbuat konfransında referini qınadı.

Zirə - Araz-Naxçıvan, RƏŞAD ƏHMƏDOV
Oyunun gərgin keçəcəyi öncədən bəlli idi. Hər iki tərəf ötən tur uğursuzluğa məruz qalmışdı. İlk yarıda Rəşad Əhmədovun işi çox olmadı. Baxmayaraq ki, qeydə aldığı qayda pozuntularına hər iki baş məşqçi etirazla cavab verirdi. İlk yarıda hakim bir dəfə əlini cibinə atdı. Fasilədən sonra isə iki dəfə diqqət mərkəzinə düşdü. 80-ci dəqiqədə "Zirə"nin hücümu zamanı rəqib futbolçu avtoqol müəllifi oldu. Amma ədalət təmsilçisi qolu təsdiq etməyə tələsmədi. Qol 3 dəqiqə VAR otağında təhlil ediləndən sonra ofsayd qeydə alındı. Digər epizod isə 85-ci dəqiqədə Stefan Akanın cərimə meydançasında Orxan Əliyevə qarşı kobudluq və penalti ehtimalı ilə bağlı idi. VAR-dakı hakimlər yekun qərar verə bilmədiyindən baş hakim özü monitora yaxınlaşdı və hər şeyin qaydalar çərçivəsində olduğunu bildirdi. Rəşad Əhmədovun ümumilikdə oyunu ədalətli idarə etdiyini deyə bilərik.

Qəbələ - Kəpəz, İNQİLAB MƏMMƏDOV
Autsayderlərin görüşü təcrübəli hakim İnqilab Məmmədova həvalə olunmuşdu. Ədalət təmsilçisi matçı normal idarə etdi. Onun ciddi səhvlə yadda qaldığını demək doğru olmaz. Lakin bəzi epizodlarda daha təmkinli olsaydı, matçın daha sürətli keçməsinə yardım edə bilərdi. Bəlkə də bəziləri Məmmədovu Emil Səfərova “qırmızı” göstərdiyinə görə qınayır, amma qətiyyən belə olmamalıdı. Çünki gənc futbolçu istəkli görünsə də, kobud qayda pozuntularına yol verdi. Ümumiyyətlə, “Qələbə”nin həm məşqçi, həm də komanda heyəti səbrsiz görünürdü. Baş hakim yerində cəzalarla idarəetməni əldən verməyərək, özünü tənqid atəşindən qorudu.

Sabah – Səbail, ELÇİN MƏSİYEV
Məhsuldar və bir tərəfin aşkar üstünlüyü şəraitində keçən oyunda hakim qərarlarının bir o qədər diqqət mərkəzində olmaması təbiidi. Məsiyev oyunu normal idarə etdi, matç boyunca iki dəfə əlini cibinə atdı. İlk sarı vərəqə 38-ci dəqiqədə Belfodilə qarşı kobudluq edən Bardeaya göstərildi. Məsiyev 42-ci dəqiqədə də Hadudiyə qarşı kobud oynayan Ramalinqomu cəzalandırdı. Bu məhsuldar oyunda referin üzərinə böyük yük düşmədi.

Sumqayıt – Qarabağ, FƏRİD HACIYEV
Həm məhsuldar, həm də təhlükəli vəziyyətlərlə zəngin oldu. İlk hissənin son dəqiqəsində “Qarabağ”ın penaltisi verilmədi. Referi epizodu gördüyünü və qayda pozuntusu olmadığı bildirdi. Videotəkrarda Juninyonun ayağına yüngül toxunuş olduğunu gördük. Adətən, belə hallarda penalty qərarı çıxmır. 62-ci dəqiqədə Muratanın yerdə qaldığı epizodda da baş hakimin fiti “susdu”. Topa çatmayan Yankoviç özünü rəqibə çırparaq hücumun qarşısını kəsdi. Lakin Hacıyev penaltinin olmadığını bildirdi. Ümumilikdə referi oyunu ideala yaxın idarə etdi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

2-11-2023, 17:0

Qurban Qurbanovun narazılığının əsası varmı? - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

25-08-2023, 11:0

Murad Musayev Şahin Diniyevi tək qoymadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

21-12-2022, 15:0

Fərid Hacıyevi VAR hakimi “ayıltdı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

27-09-2022, 11:0

FİFA referisi və briqadası “ənənəyə sadiq qaldı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
Son xəbərlər
  • Bu gün, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Bu gün, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Bu gün, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Bu gün, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Bu gün, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Bu gün, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
Daha çox
Oxunub: 548
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 267
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 183
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə