• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Murad Musayev Şahin Diniyevi tək qoymadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

25-08-2023, 11:0

Hakimlər hesabat turunda ümumilikdə 29 sarı, 1 qırmızı vərəqə göstərdi. Amma bundan 14 sarı, 1 qırmızı yalnız bir oyunun – “Sabah”la “Nefçti” arasındakı paytaxt derbisinin payına düşdü.

"Football-plus.az" xəbər verir ki, hakimliklə bağlı daha bir önəmli məqam Şahin Diniyevin ardından Murad Musayevin də narazı baş məşqçilərin sırasına qoşulmasıdı. Bizi hər mənada çox gərgin bir çempionat gözləyir.

Sabah – Neftçi, ƏLİYAR AĞAYEV

Bakı derbisində ədaləti qorumaq ölkənin ən təcrübəli hakiminə tapşırılmışdı. Turun ən gərgin matçına FİFA referesinin təyinatı düzgün qərar idi. Amma matçda “fit sahibi”nin təcrübəsi danışmadı. İlk hissə sabit mübarizə şəraitində keçdi. Hakim gözlənilən qayda pozuntularını yerində qiymətləndirdi ki, bunu istənilən ədalət təmsilçisi bacarardı. İkinci hissədə isə Ağayevin yükü ağırlaşdı. Onun bu yük altında əzildiyini desək, yanılmarıq. Maraqlıdı ki, futbolçulara və rəsmi şəxslərə göstərilən 14 sarı, 1 qırmızı vərəqənin hamısı 2-ci hissəyə təsadüf etdi. Amin Seydiyevin yalnız “sarı” isə cəzalanması fiaskodan başqa bir şey deyildi. “Sabah”ın müdafiəçisi birbaşa “qırmızı”nı haqq etmişdi. Ümumilikdə hər iki klub referinin idarəçiliyindən narazı qaldı. “Sabah”ın baş məşqçisi bunu mətbuat konfransında dilə gətirdi. “Neftçi” isə bəzi qərarlar üzündən PFL-ə rəsmi şikayət göndərib.

Səbail – Zirə, ELÇİN MƏSİYEV

Oyunu normal idarə etdi. İlk sarı vərəqəni də haqlı olaraq 64-cü dəqiqədə İsmayıl İbrahimliyə qarşı kobudluğa görə Ağabala Ramazanova göstərdi. 70-ci dəqiqədə referi “qartallar”ın kapitanı Qismət Alıyevi də cəzalandırdı. Ümumilikdə 4 sarı vərəqənin hamısı yerində idi. Adətən, hakimlikdən narazı qalan Şahin Diniyev də matçdan sonra susdu.

Qəbələ - Sumqayıt, İNQİLAB MƏMMƏDOV

Oyunda hər iki komandanın, əsas da "Qəbələ"nin uduzmamaq üçün döyüşəcəyi bəlli idi. Meydan sahiblərinin çempionata uğursuz başlaması və üzərlərində təzyiqin olması qarşılaşmanın gərgin keçəcəyinə işarə idi. Təbii ki, ədalət təmsilçilərin də işi çox olacaqdı. Ümumi götürəndə İnqilab Məmmədov obyektivliyi maksimum qorumağa çalışdı. Referi iki epizodda diqqət mərkəzinə düşdü. 36-cı dəqiqədə Roy Kehat Allaşa qarışı sərt oyunda və 40-cı dəqiqədə cərimə meydançasında Elvin topu uzaqlaşdırarkən Akakponun da başına zərbə endirdi. Amma hər iki halda referinin final fiti susdu. "17 nömrə"yə qarşı kobudluğun olmadığına dair VAR-dan da xəbər gəldi. Matçboyu referi maksimum rəsmi xəbərdarlıqlardan çəkindi. Yalnız 90-cı və oyuna əlavə olunan dəqiqələrdə əlini cibinə saldı.

Kəpəz – Turan Tovuz, CAVİD CƏLİLOV

Cavid Cəlilov üç dəfə diqqət mərkəzinə düşdü. 7-ci dəqiqədə Abdullahi Şuaybuya, 34-cü dəqiqədə Elnur Cəfərova, 36-cı dəqiqədə isə Rüfət Əhmədova qarşı tovuzlu futbolçuların sərt oyunu zamanı referinin fiti susdu. Bu da, təbii ki, yerli azarkeşlərin kəskin etirazına və hakimi fitə basmasına gıtirib çıxardı. Həmçinin 2-ci yarıda tovuzlu oyunçular "Kəpəz"in sürətli hücumlarının qarşısını almaq və tempi aşağı salmaq üçün tez-tez özünü yerə atırdı. Amma ədalət təmsilçisi buna da göz yumurdu. Lakin 4-cü hakim oyunda itirilmiş vaxtı ədalətli kompensasiya etdi. O, ilk yarıya 4, ikinciyə isə 7 dəqiqə əlavə etdi. Matçboyu sərt, kobud oyun epizodları olsa da, Cəlilov cəmi bir dəfə əlini cibinə saldı, amma 61-ci dəqiqədə eyni anda Onanuqaya da, Marakvelidzeyə də sarı vərəqə göstərdi. "Kəpəz" doğma meydanda məğlub olsa da, yerli azarkeşlər bunda hakimlərin də rol oynadığı qənaətindəydi və bu üzdən sona qədər referini fitə basdılar.

Qarabağ – Araz-Naxçıvan, NİCAT İSMAYILLI

Oyunun çox maraqlı keçməsində Nicat İsmayıllının da müəyyən rolu var. Referinin üç qərarı müzakirələrə səbəb oldu. İlk böyük səhv 45-ci dəqiqədə yaşandı. Elvis Maşike Rahil Məmmədovu keçərək cərimə meydançasına daxil olduğu anda müdafiəçi hücumçuya qarşı kobud oynadı. Lakin hakimin fiti susdu. Epizodun təkrarına baxanda penalti olduğu görünürdü. İkinci səhv isə "Araz-Naxçıvan" qolu vurarkən qeydə alındı. 54-cü dəqiqədə Orxan Əliyevin möhtəşəm ara ötürməsini qəbul edən Miçe Kuzmanoviç hesabı bərabərləşdirdi. Lakin yan xətt hakimi ofsayd qeydə aldı. VAR-dan gələn siqnaldan sonra oyundankənar vəziyyət ləğv olundu. Lakin epizoddun təkrarına baxdıqda Kuzmanoviçin bir qədər önə çıxdığı hiss olunurdu. Son səhv isə 90-cı dəqiqədə yaşandı. Nihad Quliyevin ötürməsindən sonra top Kadiri Mohammedin əlinə dəysə də, Nicat İsmayıllı oyunu davam etdirdi. Beləliklə, referinin bu görüşü açıq-aşkar zəif idarə etdiyini söyləyə bilərik.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

24-08-2023, 15:0

Əliyar Ağayev tənqidlərə cavab verdi – ÖZƏL

Aktual / Manşet

7-05-2022, 15:0

İnqilab Məmmədovdan şübhəli qərar

Premyer-liqa

12-05-2023, 15:0

Rəvan Həmzəzadə yer seçə bilmədi, Rəşad Əhmədov xətti keçən topu görmədi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

18-08-2023, 14:0

Rauf Cabbarov Diniyevi narazı saldı, Ülvi ilk “qırmızı”ya səbəbkar oldu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual / Premyer-liqa

11-08-2023, 11:0

Cavid Cəlilov Murad Musayevlə Elmar Baxşıyevi bezdirdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 692
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə