Ukrayna boykot edəcək?
"Football-plus.az" xəbər verir ki, Ukrayna gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot edə bilər. Bu barədə ölkənin gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnı açıqlama verib. O, rusiyalı idmançılar yarışa buraxılacağı təqdirdə bu addımı ata biləcəklərini söyləyib.
Xatırladaq ki, Paris Olimpiadası 26 iyul - 11 avqust aralığında təşkil olunacaq.