Polşa 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya oyunlarını boykot edə bilər.
Bu barədə xarici işlər nazirinin müavini Pavel Yablonski RMF FM radiosuna açıqlama verib. Dövlət rəsmisi bildirib ki, Rusiya və Belarus idmançıları qarşıdakı olimpiadaya buraxılsalar, Polşa həmin yarışda iştirak etməməlidi.
Xatırladaq ki, Paris Olimpiadası gələn il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.