"Hər rəqibə qarşı oynaya bilərik"

13.12.2023 13:29 189
Manşet / Avropa Liqası
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqası qrup mərhələsinin "Həkken"lə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

"Football-plus.az" monteneqrolu yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Bilirsiz ki, sabah bizi çox vacib oyun gözləyir. Tam hazırıq. Rəqibi də analiz etmişik. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək.

- "Molde" ilə Norveçdəki matçda hava çox soyuq idi. Sabah da Bakıda Skandinaviya havası olacağı gözlənilir. Bu, "Qarabağ"ın futbolçularına nə dərəcədə təsir edəcək? Düşünmürsən ki, bu hava "Həkken"ə üstünlük qazandıracaq?

- Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Öyrəşmişik. Sabah fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir.

-Avropa Liqasının pley-off mərhələsində potensial namizədlər az-çox bilinir. Hansı rəqiblə qarşılaşmaq istəməzdiz?

-Öncə biz sabah qalib gəlməli və AL-in pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Komanda düzgün hazırlıq, motivasiya keçsə, elə keyfiyyətdəyik ki, hər rəqibə qarşı oynaya bilərik.