"Hansısa problem olanda dərhal tədbir görülür"

8.12.2023 14:12 222
Premyer-liqa
"Qarabağ" - "Qəbələ" qarşılaşması zamanı media sektorunin internetlə təminatına problem oldu.

Bunun səbəbini aydınlaşdırmaq üçün Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevə müraciət etdik:

"Oyunun startından sonuna kimi media sektorunda olmuşam. 90 dəqiqə ərzində internetlə bağlı problemlərin olduğu barədə orda əyləşən yoldaşlardan heç kim şikayətlənməyib. Həmçinin klubumuzun İT mütəxəssisi də yaxınlıqda olub. O da heç bir problem müşahidə etməyib. İnternetlə bağlı hansısa problem olanda dərhal tədbir görülür".

ABDULLA İSMAYILOĞLU