AFFA-nın qəzəbinə tuş gəlməmək üçün... - AÇIQLAMA

16.04.2022 11:50 586
Aktual / Premyer-liqa / Manşet
İntizam Komitəsinin qərarları açıqlanıb.

Premyer-liqanın 22-ci turunun “Sabah” – “Zirə” oyununda hakimlər otağı internetlə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilib. Problemin səbəbini "tələbələr"in mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan soruşduq:

"Əslində stadion internetlə tam təmin edilib. Sadəcə, oyun günü texniki səbəblərdən müəyyən problemlər yaşanmışdı. İntizam Komitəsinin xəbərdarlığı ilə bağlı stadion rəhbərliyinə məlumat verilib. Növbəti ev oyunlarımızda oxşar problem yaranmaması üçün müvafiq tədbirlər görüləcək".


GÜNAY VƏLİYEVA