İnternetsiz də jurnalist olar? - AÇIQLAMA

8.11.2023 21:54 300
Premyer-liqa / Manşet
Ötən turun "Qəbələ" - "Neftçi" görüşü zamanı jurnalistlər üçün sektorun internet təminatında problemlər yaranıb.

Yalnız 2-ci yarıda bu problem aradan qaldırılıb. "Football-plus.az" saytı olaraq, internetsizliyin səbəbi aydınlaşdırmaq üçün "qırmızı-qaralar"ın sözçüsü Asəf Zeynalovdan açıqlama aldıq:

"Oyunun gedişində internetin ötürülməsində problem olub. Bu da texniki səbəblərdən baş verib. Amma fasilədən sonra jurnalistlər internetlə təmin edilib".


ABDULLA İSMAYILOĞLU