"Turan Tovuz" stadiondakı daha bir çatışmazlığı aradan qaldırdı

5.10.2023 15:15 390
Aktual / Premyer-liqa
"Turan Tovuz" - "Neftçi" qarşılaşması zamanı media sektoruna internet verilməmişdi.

Məsələ ilə bağlı meydan sahibi klubun mətbuat katibi Süleyman Tağıyev bunları dedi:

"Media sektorunda internetin olmaması stadionumuzdakı təmirlə bağlı idi. Belə ki, tikinti və yenidənqurma işləri zamanı media sektoruna gələn kabel xətləri zədələnmişdi. Ona görə də jurnalistləri internetlə təmin edə bilmədik. Amma bu çatışmazlıq artıq yoluna qoyulub".


ABDULLA İSMAYILOĞLU