• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” “Real”la “Jirona” izləməkdədi

Dünya futbolu

6-12-2023, 21:0

La Liqada şərikli liderlər, yəni “Real”la “Jirona” və onlara çatmaq istəyən başqaları var.

"Football-plus.az" xəbər verir ki, “Barselona” hesabat turunda “Atletiko”nu məğlub etməklə Madrid nəhənginin çox uzaqlaşmasına imkan vermədi. “Atletik”, “Real Sosyedad” və “Betis” isə ÇL-ə vəsiqə uğrunda mübarizə aparan komandalara mane olmağa çalışır. Düzdü, son ikisi turu heç-heçə ilə başa vurdu.

“Real” çempionatın ən zəif komandalarından biri üzərində inamlı qələbə qazandı. Madridlilərdin ilk dəqiqələrdən başlayan total üstünlüyü fonunda qonaqların artıq 11-ci dəqiqədə əsas qapıçısı Fernandesi itirməsi də heç yerinə düşmədi. Hissənin ortalarında Kroosun gözəl ötürməsindən sonra təkbətək çıxan Dias ehtiyat qapıçı ilə dueldən qalib ayrıldı. “Real” bir də hissənin sonlarında qol vəziyyətlərini sıraladı. Bellingem və Xoselu bir neçə metrdən qapıya yol tapa bilmədi. 2-ci hissənin əvvəlində qapıçı Bellingemin zərbəsini qaytarsa da, özünü yetirən Rodriqo fərqi artırdı. Bununla da oyunun taleyi həll olundu. “Real” sona qədər meydanda top fırladı, hesabı darmadağın həddinə çatdırmaq üçün çalışmadı. “Qranada” isə bir dəfə də Lunini narahat etmədi. “Jirona”ya çatan “Real” zirvəni ələ keçirdi.

“Jirona” nağılı hələ ki davam edir. Mövsümün ən böyük kəşfi hesabat turunda “Valensiya”nın öhdəsindən gəldi. Bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdıran “Jirona”nın üzünü Stuaninin son 7 dəqiqədəki dublu güldürdü. Baxmayaraq ki, hesabı 57-ci dəqiqədə “yarasalar” açmışdı. Miçel 75-ci dəqiqədə Stuanini meydana buraxmaqla oyunu axarını dəyişdi. Uruqvaylı 83-cü və 88-ci dəqiqələrdə Koutonun asmalarından sonra iki qol vurdu. “Valensiya” La Liqada son 7 səfər oyununun heç birində qələbə qazanmayıb.

“Barselona” oyunun əvvəlindən “hindular”a kombinasiyalı futbolda daha üstün olduğunu göstərdi. Artıq 1-ci dəqiqədə Rafinya kataloniyalıları irəli çıxara bilərdi, ancaq “çərçivə”yə düşmədi. Ardından Levandovski bir neçə gözəl imkanı qaçırdı. “Atletiko” zaman-zaman oyuna uyğunlaşsa da, təşəbbüs rəqibin əlində idi. Bunun nəticəsi kimi hissənin ortalarında hesab açıldı. Pressinq tətbiq edən qonaqlar uğursuzluğa düçar oldu, boş zonada topu ələ keçirən Rafinya Felişə ötürmə verdi. Molina ilə mübarizədən qalib ayrılan portuqaliyalı isə Oblakı məyus etdi. Xatırladaq ki, “Barsa” Felişi məhz “Atletiko”dan icarəyə götürüb. Simeone çıxış yolunu fasilədə üç dəyişikliyə əl atmaqda gördü. Ancaq baş məşqçinin bu gedişi oyunun axarına təsir etmədi. Dominantlığı davam etdirən “Barsa” rəqibin qısa ötürmələrlə müdafiədən çıxmaq cəhdlərinin qarşısını uğurla aldı. Rafinya intriqanı erkən öldürə bilərdi, sadəcə, zərbəsi dirəkdən döndü. “Atletiko” nadir hallarda təhlükəli hücumlar qururdu, Penya yalnız iki dəfə oyuna ciddi şəkildə qoşulmalı oldi. Qapıçı sonda Depayın cərimə zərbəsinin qarşısını aldı, uzatma dəqiqələrində isə Korreanın zərbəsinin öhdəsindən gəldi. “Barsa” bu qələbə sayəsində 3-cü pilləyə yüksəldi.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Real Sosyedad” Pamplona səfərində xal itirdi. Qomesin 2-ci dəqiqədə “Osasuna”nı irəli çıxarması azmış kimi, basklar 16-cı dəqiqədə Barreneçeanı də zədə üzündən itirdi. Amma hissənin sonunda fəallaşan qonaqlar hesabı bərabərləşdirə bildi. Sadik bir həftə əvvəl olduğu kimi, yenə uzaq məsafədən dəqiq zərbə vurdu. “Qırmızılar” fasilədən sonra bütün diqqətini “Real Sosyedad”ın aramsız hücumlarını pozmağa yönəltdi. Pamplonalılar bu vəzifənin öhdəsindən gəldi. 1:1 hesabı sona qədər dəyişmədi.

Turun ən böyükhesablı qələbəsini “Atletik” qazandı. 23-cü dəqiqədə hesabı açan bilbaolular 2-ci hissədə daha üç qol vurdu. Məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdıran “Atletik” “ÇL zonası”na ən yaxın pillədə qərarlaşıb.

Turun qalan oyunlarına gəlincə, “Las-Palmas” son 5 ev oyununda 4-cü qələbəsini “Xetafe” üzərində qazandı, “Sevilya” – “Vilyarreal”, “Malyorka” – “Alaves”, “Almeriya” – “Betis”, “Selta” – “Kadis” oyunlarında heç-heçə qeydə alındı.

15-ci tur
Real – Qranada 2:0
Dias, 26. Rodriqo, 57. (70685)
Real: Lunin, Mendi, Alaba, Rüdiger, Karvaxal (Vaskes, 46), Bellingem, Valverde, Kroos, Dias (Pas, 88), Xoselu (Sebalyos, 70), Rodriqo (Q.Qarsiya, 85).
Barselona – Atletiko 1:0
Feliş, 28. (34568)
Barselona: Penya, Kanselo, Kristensen, Arauxo, Kunde, Pedri (Lopes, 89), Gündoğan, De Yonq, Feliş (Torres, 77), Rafinya (Lamal, 77), Levandovski.
Atletiko: Oblak, Rikelme (Korrea, 46), Ermoso, Vitsel, Ximenes (Lino, 46), Molina (Aspilikueta, 46), De Paul, Koke (Saul, 66), Lyorente, Qrizmann, Morata (Depay, 65).
Osasuna Real Sosyedad 1:1
Qomes, 2 Sadik, 41. (20859)
Real Sosyedad: Remiro, Tirni (Munyos, 74), Le Norman, Subeldiya, Traore, Subimendi, Barreneçea (Zaxaryan, 16/A.Silva, 88), Merino, Mendes, Sadik (Oyarsabal, 75), Kubo.
Jirona Valensiya 2:1
Stuani, 83; 88 Duro, 57. (13343)
Atletik Rayo Valyekano 4:0
Quruseta, 23. Espino, 47-öz qapısına. İ.Uilyams, 64. N.Uilyams, 68. (44689)
Las-Palmas – Xetafe 2:0
Arauxo, 43. Errera, 90+2. (21912)
Sevilya – Vilyarreal 1:1
Salas, 75 – Morales, 77. (33898)
Malyorka – Alaves 0:0
(15090)
Almeriya – Betis 0:0
(14253)
Selta – Kadis 1:1
Strand Larsen, 57 Ramos, 16. (17302)
1. Real 15 12 2 1 33-9 38
2. Jirona 15 12 2 1 34-18 38
3. Barselona 15 10 4 1 28-14 34
4. Atletiko 14 10 1 3 30-13 31
5. Atletik 15 8 4 3 30-18 28
6. Real Sosyedad 15 7 5 3 26-18 26
7. Betis 15 6 7 2 18-16 25
8. Las-Palmas 15 6 3 6 13-13 21
9. Xetafe 15 4 7 4 17-20 19
10. Valensiya 15 5 4 6 17-20 19
11. Rayo Valyekano 15 4 7 4 16-22 19
12. Vilyarreal 15 4 4 7 22-26 16
13. Alaves 15 4 4 7 14-19 16
14. Osasuna 15 4 3 8 17-25 15
15. Sevilya 14 2 7 5 20-20 13
16. Kadis 15 2 6 7 12-22 12
17. Malyorka 15 1 8 6 13-20 11
18. Selta 15 1 6 8 15-25 9
19. Qranada 15 1 4 10 19-35 7
20. Almeriya 15 0 4 11 16-37 4
Bombardirlər: Bellingem (Real) - 11, Qrizmann (Atletiko) - 9, J.Moreno (Vilyarreal), Mayoral (Xetafe) – 8.
Növbəti turun oyunları dekabrın 8-11-i aralığında keçiriləcək: Xetafe – Valensiya, Alaves – Las-Palmas, Betis – Real, Vilyarreal – Real Sosyedad, Malyorka – Sevilya, Atletiko – Almeriya, Qranada – Atletik, Kadis – Osasuna, Barselona – Jirona, Rayo Valyekano – Selta.

Turun rəqəmi
24 – “Barselona” 18 ildi öz meydanında “Atletiko”ya uduzmur. Artıq belə oyunların sayı 24-ə çatıb. “Barsa” 24 məğlubiyyətsiz oyundan 23-nü “Kamp Nou”da, 1-ni isə Olimpiya stadionunda keçirib. İspaniya Superkuboku çərçivəsində 2020-ci ilə təsadüf edən, kataloniyalıların nominal ev sahibi kimi göstərildiyi və uduzduğu (2:3) oyun Səudiyyə Ərəbistanında keçirilib. “Barse” “Atletiko”ya evdə sonuncu dəfə 2006-cı il fevralın 5-də uduzub (1:3).

Turun ulduzu
Joao Feliş (Barselona) – bu oyuna xüsusi şəkildə kökləndiyi hiss olunurdu. Qol öz yerində, oyunboyu fəal oldu, müdafiəçi yoladaşlarına da yardım etdi. Driblinq bacarığı sayəsində rəqibin iki oyunçusuna “sarı” da qazandırdı.

Turun sitatı
Joao Feliş, “Barselona”nın hücumçusu: “Hər həftə haqqımda danışırlar, həmişə diqqət mərkəzindəyəm. Sakitəm, başqalarının danışıqlarına fikir vermirəm. Futbolçu kimi daha yaxşı olmağa çalışıram. “Atletiko”dan olan sabiq komanda yoldaşlarımın, demək olar ki, hər biri ilə münasibətlərimiz yaxşıdı, mənim onlarla heç bir problemimin olmadığını bilirlər. Simeone ilə hələ rastlaşmamışıq”.

Fakt
* Simeone Xaviyə bütün oyunlarda uduzub. Bu, onlar arasındakı 4-cü oyun idi. Kataloniyalıların çalışdırıcısı bütün oyunlarda qalib gəlib, son üçündə 1:0 hesabı ilə. Adı çəkilən mütəxəssislərin ilk dueli ötən ilin fevralında gerçəkləşib və “Barsa” həmin oyundan 4:2 hesablı qələbə ilə ayrılıb.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Kroosun pis ötürmələri olmur, o, həmişə ən yaxşı qərarı verir. Rodriqo yenidən ən yaxşı formasını yığıb, çoxlu qol vurur. Heç bir futbolçu ilə qol sayı ilə bağlı mərcə girməmişəm. Kimin qol vurmasının önəmi yoxdu, əsas komanda işidi. Bizdə hər şey yaxşı gedir. Azarkeşlər məni bəyənir (tribunalar oyunun gedişində baş məşqçinin adını səsləndirdi – red.) və bu məni çox sevindirir”.

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Barsa” bu gün çox yaxşı oynadı. “Atletiko” 2-ci hissədə təzyiqi artırdı, ancaq bəlkə də “Barsa”nın bu mövsümdəki ən yaxşı oyununu gördük. Felişi xoşbəxt, fəal, razı gördüm. Onunla müqavilə bağlamaqla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı, ancaq mən ondan çox razıyam. Paltardəyişmə otağında heç bir problem yoxdu, Feliş bizim cokerdi, komandanı bir qədər də möhkəmləndirib”.

Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “İkinci hissədəki oyunumuzun təəssüratı yaxşıdı. Komanda buraxılan qola yaxşı reaksiya verdu. İlk yarını o qədər də yaxşı keçirmədik. Yenə “Barselona”ya uduzduq, ancaq irəlidə daha vacib oyunlar var. Felişin oyunu? Mən rəqibləri müzakirə etmirəm. Bunu dünən də dedim”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

2-10-2023, 22:0

Kataloniya təmsilçisi zirvədə: ancaq bu dəfə “Barsa” yox, “Jirona”!

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 695
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə