Rusiyalı mütəxəssis bu dəfə önündə sarı vərəqə gördü. Xatırladaq ki, o, "Neftçi" ilə oyundakı “qırmızı”ya görə 1-i şərti olmaqla 2 oyunluq cəza almışdı. Baş məşqçinin son turda da cəzalanması avtomatik şərti cəzanın qüvvəyə minməsi deməkdi? Bu sualı aydınlaşdırmaq üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik:
"Murad Musayevin şərti cəzası vardı. Onun "Turan Tovuz"la oyunda “sarı” alması daha bir oyun buraxmasını rəsmləşdirdi, yəni “Qarabağ”la oyunda ehtiyat oyunçular skamyasında olmayacaq”.
ABDULLA İSMAYILOĞLU






