Ramin Quliyev: “Murad Musayev çox perspektivli komanda yaradıb”

5.04.2023 16:30 387
Premyer-liqa / Manşet
"Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqəni rəsmiləşdirdi. Murad Musayevin komandası bu uğura "Qəbələ"ni 3:2 hesabı ilə məğlub etdiyi oyunda imza atdı. Beləliklə, paytaxt təmsilçisi ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komanda oldu.

Bunu nəzərə alaraq “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyevə tribuna verdik:

“Murad Musayev çox perspektivli komanda yaradıb. Təxminən ilyarımlıq əziyyətdən sonra hədəfinə çatdı. Bu münasibətlə bütün kollektivi təbrik edirəm. Komandanın durumuna gəlincə, nəticə göz qabağındadı. Şərhə ehtiyac yoxdu”.


KƏNAN BAHADIR