Misli premyer-liqasının 31-ci turunda “Turan Tovuz”la qarşılaşma (2:0) "Sabah"ın baş məşqçisi Murad Musayev üçün əlamətdar olub.
"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis bu qarşılaşmada “Sabah”ın baş məşqçisi kimi premyer-liqada 50-ci görüşünü keçirib.
Komanda Musayevin rəhbərliyi altında yüksək liqada 32 qələbə qazanıb, 9 heç-heçə edib, 9 dəfə məğlub olub.