“İşlərimin çoxluğuna görə razı olmadım” – Vaqif Cavadov “yox”un səbəbini dedi

5.12.2023 16:53 419
Aktual / Ölkə futbolu
Dekabrın 5-də start götürəcək minifutbol üzrə ölkə çempionatının iştirakçıları sırasında “İnter” də olacaq.

Bu komandanın yaradılmasıyla bağlı ideyanın müəllifi Əfran İsmayılov “Football-plus.az”a açıqlamasında yığmanın sabiq üzvlərindən, veteran futbolçulardan yanız üçünün - Ruslan Abışov, Mahir Şükürov və Vaqif Cavadovun oynamaq təklifini geri çevirdiyini demişdi. Birinci hazırda məşqçilik kursuyla bağlı təlimlərdədi və uyğun vaxtda komandaya qoşulacaq. Amma qalan ikisi şəxsi işləri üzündən "İnter"də oynamaq istəməyiblər. Vaqif Cavadov bu barədə saytımıza bunları dedi:

"Əvvəla onu deyim ki, Əfrana yeni yaratdığı "İnter" komandasında uğurlar arzulayıram. İnanıram ki, minifutbol çempionatında yaxşı çıxışla diqqəti çəkəcəklər. Mənə təklif olmuşdu. Amma hələlik işlərimin çoxluğuna görə razı olmadım. Gələcəkdə uyğun olsa, onlara qoşula bilərəm".


ABDULLA İSMAYILOĞLU