Şəhərin eyniadlı komandasının “Zirə” ilə çempionat oyununun burda keçiriləcəyi ilə bağlı ümidlər də doğrulmadı. İndi isə dekabrın 8-nə nəzərdə tutulan “Qarabağ”la oyunun əfsanəvi partizanın adını daşıyan stadionda keçiriləcəyi ilə bağlı xəbərlər dolaşır. Yox, bu da olmasa, bir də qalır dekabrın sonundakı “Səbail”lə ev oyunu. Bəs stadionun hansı problemləri həllini tapmayıb ki, orda oyun keçirmək mümkünsüzdü? "Football-plus.az" saytı olaraq, bu sualı aydınlaşdırmaq üçün stadionun direktoru Nadir Quliyevə müraciət etdik:
"Stadionumuzda heç bir problem yoxdu. Gündəlik işlər həyata keçirilməkdədi, ot sulanır, tribunalarda vəziyyət qaydasındadı, qazon əla vəziyyətdədi. Qısası, heç bir problem yoxdu. İstənilən oyunun keçirilməsi üçün şərait var. "Zirə" ilə oyunun burda keçirilməsi gözlənilirdi. Sadəcə, son anda klublar arasında danışıq alınmadı. Bildiyim qədəriylə oyunun başlama saatına görə razılıq əldə olunmayıb. Söyləntilər var ki, "Qarabağ"la oyun burda keçiriləsidi. Amma bizə hələlik rəsmi göstəriş, əmr gəlməyib ki, oyuna hazırlaşın. Belə tapşırıq gəlsə, biz tərəfdən problem yoxdu. Stadionumuz oyunun keçirilməsi üçün hazırdı".
ABDULLA İSMAYILOĞLU




