Millimiz bu gün Cənubi Kiprlə qarşılaşacaq

22.09.2023 12:37 250
Yığma
Bu gün qadınlardan ibarət futbol üzrə millimiz Millətlər Liqasının C3 qrupunun açılış oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv doğma meydanda Kipr millisini qəbul edəcək.

Qrupun digər matçında isə Farer adaları və Monteneqro üz-üzə gələcək.

17.00 Azərbaycan - Kipr

Bakı, Dalğa Arena stadionu
Baş hakim – Yelena Qobjila (Moldova).