Millimiz B liqasına vəsiqə qazandı

1.12.2023 23:51 217
Yığma
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Millətlər Liqasında növbəti oyununu keçirib.

Səfərdə Kipr yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində 8-ci dəqiqədə Diana Məmmədova fərqlənib. Millimizin kapitanı Sevinc Cəfərzadə 79-cu dəqiqədə penaltidən yararlana bilməyib.

5 oyundan sonra 13 xal toplayan millimiz qrup liderliyini təmin etməklə UEFA Millətlər Liqasının B liqasına vəsiqə qazanıb. Komandamız qrupda son oyununu dekabrın 5-də Bakıda Farer adaları yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 19.00-da start götürəcək.