Anxel Di Mariyanın gələcək karyerası ilə bağlı xəbər yayılıb. “Record” qəzeti onun vətəninə qayıdacağını iddia edir.
“Football-plus.az” xəbər verir ki, Di Mariya mövsümün sonunda “Benfika”dan ayrılacaq. “Record” argentinalı yarımmüdafiəçinin karyerasını ölkəsində davam etdirəcəyini yazıb. Gələn yay Portuqaliya klubu ilə müqaviləsinin müddəti sona çatacaq futbolçunun azad agent kimi “Rosario Sentral”a keçəcəyi bildirilib. Portuqaliya nəşri Anxelin artıq yetirməsi olduğu klubla bu barədə razılığa gəldiyini qeyd edib.
2022-ci ildə Argentina yığması ilə dünya çempionu olan Di Mariya “Benfika”ya bu ilin yayında azad agent kimi keçmişdi. Xatırladaq ki, o, Lissabon klubunda daha əvvəl 2007-10-cu illərdə top qovub. 35 yaşlı futbolçunun “Rosario Sentral”da 2005-07-ci illərdə çıxış etdiyini də bildirək.