Ukraynaya hərbi təcavüzü davam edən Rusiyanın futbol komandası növbəti qadağa ilə üzləşib.
“Football-plus.az” xəbər verir ki, UEFA Millətlər Liqasının 2024/25 mövsümü üçün iştirakçıların siyahısına Rusiya yığmasını daxil etməyib. Xatırladaq ki, FİFA və UEFA 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təzavüzündən sonra bu ölkənin klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb. Rusiya millisi Millətlər Liqasının son mövsümündə də çıxış etməyib və bu səbəbdən B liqasından C liqasına düşüb.