Çeferin rusların cəzasından danışdı

20.09.2023 18:15 220
Dünya futbolu
Bilindiyi kimi, Rusiyanın bütün kateqoriyalardan olan komandaları beynəlxalq turnirlərdə iştirak etmir. Bunun səbəbi FİFA və UEFA-nın 2022-ci ilin fevralında bu ölkəyə sanksiya tətbiq etməsi ilə bağlıdı.

"Football-plus.az" xəbər verir ki, sanksiyaya isə Rusiyanın Ukraynaya hərbi təcavüzü rəvac verib. Yeri gəlmişkən, Aleksander Çeferin Rusiyanın milli və klub komandalarının Avropa və dünyamiqyaslı yarışlarında iştirak etməməsi haqqında açıqlama verib. UEFA-nın prezidenti Rusiya təmsilçilərinin beynəlxalq arenaya yalnız Ukrayna ilə müharibə sona çatandan sonra qayıda biləcəklərini deyib: “Rusiya nə vaxta qədər Avropa yarışlarından kənarda qalacaq? Ukrayna ilə müharibə başa çatana qədər. Onlar yalnız bundan sonra beynəlxalq arenaya qayıda biləcələr”.

Xatırladaq ki, Rusiya Ukraynaya ötən il fevralın 24-də hərbi müdaxilə edib. Hazırda iki ölkə arasında müharibə davam edir. Bu isə o deməkdi ki, FİFA və UEFA-nın qadağası mütləq şəkildə qüvvədə qalacaq.