2022-ci ilin cəzası

31.12.2022 18:30 250
Dünya futbolu
Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsi şimal qonşumuzun futbolunu beynəlxalq səhnədən “sildi”.

Foorball-plus.az xəbər verir ki, UEFA və FİFA fevralın 28-də bu təcavüzə görə Rusiyanın bütün kateqoriyalardan olan milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırdı.

DÇ-2022-nin seçmə pley-off mərhələsindən çıxarılan Rusiya yığması AÇ-2024-ün püşkatmasına buraxılmadı.