• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atletiko” həm özü pley-offa çıxdı, həm də “Latsio”ya yardım etdi

Çempionlar Liqası

1-12-2023, 21:0

5-ci turun ik oyun günündə əsas sürpriz Milanda qeydə alındı.

"Football-plus.az" xəbər verir ki, “ölüm qrupu”nda gözlənilmədən özünü çox rahat hiss edən Dortmund “Borussiya”sı “San Siro”dakı qələbə ilə adını pley-offa yazdırdı. “Atletiko”, “Latsio” və “Barselona” da pley-offa vəsiqəni təmin etdi. Əsas iddialılardan olan PSJ-nin taleyinə isə son turda aydınlıq gələcək.

E qrupu
Feyenoord – Atletiko 1:3 (0:1)
Feyenoord (Rotterdam, Niderland): Beylo, Qeertruyda, Trauner (Milambo, 64), Hantsko, Hartman, Timber (Zauer, 78), Viffer, Stenqs, (İvanuşets, 70), Minte (Linqr, 64), Payşao (Ueda, 46), Ximenes.
Atletiko (Madrid, İspaniya): Oblak, Molina, Ximenes, Ermoso, Vitsel, Rikelme, Koke (Korrea, 84), Lyorente (Barrios, 56), De Paul (Saul, 74), Qrizmann, Morata (Depay, 74).
Qollar: Qeertruyda, 14-öz qapısına (0:1). Ermoso, 57 (0:2). Viffer, 77 (1:2). Ximenes, 81-öz qapısına (1:3).
Vərəqə: yoxdu.
Hakim: Entoni Teylor (İngiltərə).
28 noyabr. Rotterdan. 43992 tamaşaçı.

Son dönəmlərdə ÇL-də səfər oyunlarında problem yaşayan “Atletiko” üçün Rotterdam səfəri gözlənilmədən çox asan keçdi. Oyun Qeertruydanın avtoqolu ilə başladı. Maraqlıdı ki, bu komandaların Madriddəki oyunu da meydan sahiblərinin erkən avtoqolu ilə başlamışdı. İnamlı təsir bağışlayan “hindular” fasilədən bir qədər sonra mərkəz müdafiəçisi Ermosonun qolu ilə fərqi artırdılar. Düzdü, başla fərqlənən Viffer qollardan birinin əvəzini çıxdı. Amma Niderland çempionunun bundan artığına gücü çatmadı. Yekun nəticəni isə Ximenes müəyyənləşdirdi. “Feye”nin əsas qol ümidi sayılan meksikalı forvard müdafiəyə yardım etmək istəyərkən avtoqol müəllifi oldu. “Feyenoord” “Den Haaq” (1970) və “Sparta”dan (1960) sonra avrokuboklarda bir matçda iki avtoqola imza atan 3-cü Niderland təmsilçisi oldu. 3-cü turdan sonra turnir cədvəlinə başçılıq edən rotterdamlılar beləcə sona 1 tur qalmış pley-off şansını itirdilər! Amma AL-ə vəsiqəni artıq heç kim onların əlindən ala bilməyəcək. Onu da vurğulayaq ki, “Feyenoord”un avrokuboklarda evdəki 16 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (14 qələbə, 2 heç-heçə). Komanda Avropa arenasında fanatları önündə son məğlubiyyətini 2020-ci il dekabrın 3-də Zaqreb “Dinamo”su ilə matçda yaşamışdı (0:2).

oyunun statistikası
12 (4) qapıya (“çərçivə”yə) zərbə 9 (3)
10 künc zərbəsi 4
1 ofsayd 3
10 qayda pozuntusu 4
0 (0) sarı (qırmızı) vərəqə 0 (0)
51 topa sahibolma (faizlə) 49
Latsio – Seltik 2:0 (0:0)
Latsio (Roma, İtaliya): Provedel, Latsari, Patrik, Qila, Maruşiç, Rovella (Kataldi, 79), Alberto (Kamada, 84), Genduzi, İsaksen, Anderson (Pedro, 61), Kastelyanos (İmmobile, 61).
Seltik (Qlazqo, Şotlandiya): Hart, A.Conston, Karter-Vikers, Skeylz, Teylor, O`Rayli, Makqreqor, Bernardo (O Hyun Gyu, 69), Forrest (M.Conston, 61), Furuhaşi, Hyun Çyun Yan (Ternbull, 86).
Qollar: İmmobile, 82 (1:0). İmmobile, 85 (2:0).
Vərəqələr: Teylor, 27. A.Conston, 35. Rovella, 50. O`Rayli, 71. Hyun Çyun Yan, 78. Pedro, 89. Patrik, 90+3 – sarı.
Hakim: Xəlil Umut Melər (Türkiyə).
28 noyabr. Roma. 50555 tamaşaçı.

Kağız üzərində bu oyundan öncə “Seltik”in hələ 3-cü pilləni tutmaq şansı davam edirdi. Bəlkə də Şotlandiya çempionunun “Latsio”ya layiqincə müqavimət göstərməsinin səbəbi budu. Oyun o qədər də baxımlı alınmadı. Romalılar uzun müddət rəqibin müdafiəsini yara bilmirdilər. Yaxşı müdafiə olunan “Seltik” ara-sıra özü də Provedelin qapısı önündə təhlükə yaratmağa müvəffəq olurdu. Qrupun digər oyunun nəticəsi ilə yanaşı pley-offa yüksəlmək üçün gözəl fürsət yaxaladığını anlayan “Latsio” son yarım saatda təzyiqi artırdı. Sarrinin əvəzetmələri də özünü doğrultdu. Məhz sonradan meydana çıxan İmmobile son 10 dəqiqədə dubl etməklə qəhrəmana çevrildi. Pley-offu saymasaq, İmmobile son 14 ildə ÇL matçının son 10 dəqiqəsində iki qol vuran ilk italiyalı futbolçu oldu. Sonuncu dəfə bunu 2009-un fevralında Luka Toni bacarmışdı. “Latsio”nun ÇL-də ardıcıl 2-ci dəfə qapısını toxunulmaz saxlaması da diqqət çəkdi. Halbuki bu seriyaya qədər romalılar bu turnirdə ardıcıl 22 oyunda qol vurmaqla İtaliya klubları arasında yeni antirekord müəyyənləşdirmişdilər.

oyunun statistikası
23 (5) qapıya (“çərçivə”yə) zərbə 7 (4)
6 künc zərbəsi 4
0 ofsayd 1
14 qayda pozuntusu 9
3 (0) sarı (qırmızı) vərəqə 4 (0)
46 topa sahibolma (faizlə) 54
1. Atletiko 5 3 2 0 15-6 11
2. Latsio 5 3 1 1 7-5 10
3. Feyenoord 5 2 0 3 8-8 6
4. Seltik 5 0 1 4 3-14 1
Növbəti turun oyunları dekabrın 13-də keçiriləcək: Atletiko – Latsio, Seltik – Feyenoord.

Oyundan sonra...
Arne Slot, “Feyenoord”un baş məşqçisi: “Əlimizə düşən fürsətlərdən lazımi məqamda yararlana bilmədik. Şanslarımız var idi və hər dəfə bizə nəsə mane oldu. Bəlkə də biz daha baxımlı futbol sərgilədik. Amma məsələ burasındadı ki, “Atletiko”ya nəticə qazanmaq üçün rəqibdən daha yaxşı oynamaq lazım deyil. Bu qrup mərhələsində çox şanssızlıqlar yaşadıq. Bu gün öz qapımıza vurduğumuz qollar da bunun davamı oldu. Standart zərbələrdə daha diqqətli olmalıyıq. Bu səviyyələrdə rəqabətin dadını hiss etdik. Səhvlərimizi gördük və onların üzərində işləyərək daha güclü qayıdacağıq”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Oyunçularım ən xoş sözlərə layiqdi. “Feyenoord”un çətin rəqib olduğunu bilirdik. Xüsusilə öz meydanlarında istər daxili çempionatda, istərsə də avrokuboklarda çox inamlı təsir bağışlayırlar. Amma onların təzyiqinin öhdəsindən yaxşı gəldik. Planlaşdırdığımız kimi oynadıq. Fərdi cəhətdən bəzi futbolçularım əla təsir bağışladı. Elə komanda şəklində də yaxşı oynadıq. “Atletiko” üçün mühüm əhəmiyyət kəsb edən qarşılaşmanı qələbə ilə başa vurduq”.
Mauritsio Sarri, “Latsio”nun baş məşqçisi: “Qəribə mövsüm keçiririk. Sanki ötən mövsümün tam əksini yaşayırıq. Çünki bu dəfə avrokuboklarda yaxşı nəticələr əldə etsək də, A seriyasında işlər istədiyimiz kimi getmir. Komandamdan belə oyun gözləyirdim. Möhtəşəm atmosfer də bizi irəli getməyə vadar edirdi. Nəticədən və oyunumuzdan razıyam. Ancaq çalışmalıyıq ki, çempionatda da qələbələr qazanaq”.
Brendan Rocers, “Seltik”in baş məşqçisi: “Son ana qədər əlimizdən gələni etdik. İlk yarıda pressinqimiz o qədər də yaxşı səviyyədə deyildi. İkinci hissəni daha inamlı keçirdik. Hətta ikinci hissənin gedişində, düşünürdüm ki, qalib gələ də bilərik. Amma sonluq istədiyimiz kimi olmadı”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Çempionlar Liqası

21-09-2023, 21:0

Qapıçı “Latsio”nu məğlubiyyətdən xilas etdi!

İdman

15-03-2023, 19:0

“Boston” pley-offa vəsiqəni təmin etdi

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

DÇ

27-12-2022, 19:0

Kavani ilə Ximenes ağır cəzalana bilərlər

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 190
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə