“Auqsburq”da baş məşqçi problemi həllini tapıb. Komandaya Cess Torup təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, danimarkalı mütəxəssis ilə bağlanan müqavilənin detalları açıqlanmayıb. Torup bir neçə gün əvvəl istefaya göndərilən Enriko Maassenin yerini tutub. O, daha əvvəl ölkəsində və Belçikada bir sıra klublara başçılıq edib. Torupun yeni komandası hazırda Almaniya bundesliqasında 7 oyuna 5 xalla 15-ci yerdədi.