“Bohum” baş məşqçi problemini yoluna qoyub.
Football-plus.az xəbər verir ki bir neçə gün əvvəl Tomas Raysla yolları ayıran Almaniya klubu ona xələf tapıb.
Komanda bundesliqada bu mövsüm keçirdiyi ilk 6 oyunun hamısında uduzduğu üçün Raysın istefaya göndərilməsi qaçılmaz olmuşdu. “Bohum”a müvəqqəti olaraq daha əvvəl klubun U-19 komandası ilə çalışmış Heyko Butçer başçılıq etmiş, onun yeni statusla debütü “Köln” ilə sentyabrın 18-də keçirilən oyuna (1:1) təsadüf etmişdi.
Hazırda bundesliqada 7 oyuna 1 xalla sonuncu – 18-ci yeri tutan komandanı daimi əsasda Tomas Leç çalışdıracaq. “Vitess”dən gələn 54 yaşlı alman mütəxəssis “Bohum”la ikiillik müqavilə bağlayıb.