"Turan Tovuz"un kubok oyunu 1 manata

28.11.2023 11:55 213
Ölkə kuboku
Ölkə Kubokunun 2-ci təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, 1 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadı.

Sözügedən qarşılaşma bu gün Tovuz şəhər stadionunda keçiriləcək. Matç saat 17.00-da start götürəcək.