"Neftçi" - "Turan Tovuz" matçının biletləri satışa çıxarıldı

24.04.2023 22:57 319
Ölkə kuboku
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 26-sı saat 20.00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edir.

Bu komandalar arasında aprelin 19-da Tovuz şəhər stadionunda keçirilmiş ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.