• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kənan Yıldızın meneceri onu Arda Gülərdən üstün sayır

Dünya futbolu

27-11-2023, 23:0

Almaniyada yetişməsinə baxmayaraq, Türkiyəni seçən, böyük gələcək vəd edən, Almaniya və Uelsə qarşı son iki qarşılaşmadakı performansı ilə alqış qazanan 18 yaşlı forvard Kənan Yıldızın meneceri Doğan Ərcan Türkiyə mətbuatına diqqətçəkən açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, Kənana tərif yağdıran və onu potensialına görə hətta Kriştiano Ronaldoya bənzədən Ərcan Türkiyənin gənclər yığmasının sabiq çalışdırıcısı Tolunay Kafkası tənqid edib: “İndi Kənan bir balaca tanınıb deyə hər kəs ona sahib çıxmaq istəyir. Bu yaxınlara qədər onu heç kim tanımırdı. 1 il öncə gənclər yığmamız Xorvatiyada bir turnirə qatılmışdı. Baş məşqçi Tolunay Kafkas həmin turnirdə onu cəmi 3-4 dəqiqə oynatdı. Əmrəhan Gedikli kimi başqa gənc istedadları da oynatmadı. Allah üzümüzə baxdı ki, Kafkası qovdular. Vəzifəsində qalsaydı, Kənan da ortaya çıxmayacaqdı. Kənan Arda Gülərdən daha istedadlı futbolçudu. Almaniya yığması ona sahib çıxmaq üçün əlindən gələni etdi. Kənanın yerində başqası olsaydı, Tolunay Kafkasın ona münasibətindən sonra çox asanlıqla İtaliya və ya Almaniya yığmasını seçərdi. Yaxşı ki, Kafkas vaxtında qovuldu. Onu əvəzləyən Levənt Sürmə dərhal Kənana şans verməyə başladı. Sonra da Montella gəldi və onu əsas yığmaya cəlb etdi. U-20-də 5 oyunda 5 qol, 3 məhsuldar ötürməlik performans ortaya qoydu. 18 yaşı olmasına rəğmən, artıq “Yuventus”un əsas komandasında oynayır. “Bavariya”nın akademiyasında yetişib. Münhenlilər onu saxlamağa çalışırdılar və hətta yeni müqavilə də təklif etdilər. Amma həmin vaxt orda akademiyadakı uşaqlarla bağlı “vatsap”da irqçi yazışmalar ortaya çıxdı. Bu da Kənana pis təsir etdi. Həm də “Bavariya”nın təklifi çox da ideal deyildi. “Yuventus”la “Barselona” arasında seçim edərək üstünlüyü turinlilərə verdi. Ötən mövsümün gedişində “Benfika” 10 milyon avro təklif etsə də, “Yuve” qəbul etmədi. İstanbul nəhənglərinin ona təklif göndərməsi isə yalandı. Heç birindən təklif yox idi. Maraq göstərmədilər. Bundan sonra onun Türkiyəyə gəlməsi mümkün görünmür. Uzaqbaşı 30 yaşdan sonra superliqada oynaya bilər. Kənan həqiqətən də güclü xarakterə malikdi. “Mən türkəm və Türkiyə yığmasında oynayacam” dedi. Bu qədər haqsızlığa məruz qalmasına rəğmən, sözünün üstündə durdu. Artıq “Yuventus” ona uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır. 5 ay öncə hər kəs Arda Gülərdən danışarkən mən Kənanı ön plana çıxarırdım. İndi kimin haqlı olduğu ortaya çıxdı. İri addımlarla qaçan çox sürətli futbolçudu. İnkişafı da göz önündədi. Onu Kriştiano Ronaldoya bənzədirəm. Onu tutmaq olmur. Hətta pul verib bir qatil də tutsaz, onu tuta bilməz”.

Yeri gəlmişkən, Türkiyə mətbuatının iddiasına görə Montella Almaniyada digər istedadlı qürbətçi gəncləri də diqqətlə izləyir və onları “ay-ulduzlular”a qazandırmağa çalışır. Hazırda onun diqqət mərkəzində saxladığı 2005 təvəllüdlü iki futbolçu var. Söhbət Can Uzunla Efe Kaan Sihlaroğludan gedir. “Nürnberq”in yetirməsi olan və hazırda bu klubun şərəfini qoruyan Can Uzun həm oyunu, həm də fiziki göstəriciləri ilə diqqət çəkir. O, cari mövsümdə 2-ci bundesliqada artıq 5 qol vurub. Oyun qurucusu mövqeyində oynayan Uzunla İstanbul nəhəngləri də maraqlanır. Bu futbolçunun martdakı oyunlar üçün Türkiyə yığmasına dəvət alacağı gözlənilir. “Karlsrue”də forma geyən Sihlaroğu isə yarımmüdafiənin mərkəzində çıxış edir. “Beşiktaş”da top qovan, amma bu mövsüm çox da şans qazanmayan 2005-ci il təvəllüdlü forvard Semih Kılıçsoy da Montellanın diqqət mərkəzindədi. Bundan başqa, cari mövsüm bundesliqada performansı ilə adından söz etdirən Ərən Dinkçinin də seçimi Montellanı sevindirməyə bilməz. “Verder”in yetirməsi olan, bu mövsüm icarə əsasında “Haydenhaym”da top qovan 22 yaşlı forvard son açıqlamasında Türkiyə yığmasında oynamaq istədiyini vurğulayıb. Daha öncə həm Türkiyənin U-19, həm də Almaniyanın U-20 komandalarında çıxış etmiş Dinkçi 2023/24-də 12 rəsmi oyunda 6 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-07-2023, 20:0

Arda Gülərdən sonra daha bir ayrılıq?

Dünya futbolu

18-02-2023, 13:0

Arda Turan yığmada işləyəcək

Dünya futbolu

8-07-2023, 16:0

''Fənərbaxça'' Arda Gülərin yerinə bu oyunçunu ala bilər

Dünya futbolu

24-11-2022, 12:0

TFF başqanı “altyapı”dakı problemləri sadaladı

Dünya futbolu

9-07-2022, 12:0

17 yaşlı Yıldız ''Yuventus''a üstünlük verdi

Dünya futbolu

24-03-2023, 14:0

Mövsümdə 4-cü məşqçi

Aktual
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Son xəbərlər
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 158
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə