• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF başqanı “altyapı”dakı problemləri sadaladı

Dünya futbolu

24-11-2022, 12:0

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi 2020-ci ilin avqustundan bəri “altyapı” direktoru və U-21 yığmasının baş məşqçisi vəzifəsini icra edən Tolunay Kafkası sərt sözlərlə tənqid atəşinə tutub.

Football-plus.az xəbər verir ki, Qaziantepdə keçirilən Türkiyə - Çexiya oyunundan öncə türkiyəli həmkarlarımıza açıqlamalar verən Büyükekşi bunları deyib:

“Bizim “altyapı” sistemimizdə ciddi yanlışlıqlar var. Aşağı yaş qruparında, eləcə də U-21-də oynayıb pillə-pillə yüksələn, sonra da əsas yığmaya yollanan futbolçumuz, demək olar, yoxdu! Ştefan Kunts Şotlandiya ilə oyundan öncə Tolunay Kafkasla görüş keçirdi. Həmin vaxt Kunts həmkarına “aşağı yaş qruplarındakı yığmalarda əsas komandaya dəvət edə biləcəyim bir futbolçu varmı” sualını ünvanlayıb. Kafkas isə ona “yoxdu” cavabını verib. Bu necə sistemdi? Belə sistem olur? Məsələn, ən son göz bəbəyimiz Arda Gülər Kunts tərəfindən əsas yığmaya dəvət olundu. Amma Arda nə U-15-də forma geyib, nə də U-16-da. Birbaşa U-17-yə, ordan da yığmaya çağrılıb. Eyni sözlər Əmirhan İlkhana da aiddi. Halbuki oyunçular bu sistəmdə nərdivanları bir-bir qalxmalı, maneələri bir-bir dəf etməlidi. Mən məhz bu cür sistemin olmasını istəyirəm. Yoxsa, hər yığmanın ordan-burdan oyunçular tapıb gətirməsi düzgün deyil. Digər problem yığmalarda fərqli bölgələrdən yeniyetmələrimizin olmamasıdı. Bir çox valideynlər bizə zəng vuraraq narazılıqlarını bildirir. Onlar övladlarının yığmada oynamalı olduğunu, amma bunun baş vermədiyini deyirlər. Çox güman, burda qohum, dost-tanış məsələləri ön plana çıxır. Mən də fikir verirəm ki, həqiqətən də yığmalarda uşaqlar cəmi 3-4 zonadandı. İstanbul, Ankara, İzmir və Trabzondan başqa, demək olar, heç yerdən oyunçu yoxdu. Varsa da, istisna haldı. Halbuki digər bölgələrdə də çox istedadlı uşaqlarımız var”.


Belə ağır ittihamlardan sonra Tolunay Kafkasın nə qərar qəbul edəcəyi böyük maraqla gözlənilir. Ümumiyyətlə, 54 yaşlı bu mütəxəssisin “altyapı”da gördüyü işlərlə bağlı narazılıqlar hədsiz dərəcədə çoxdu. Gənc komandalarda nəhəng turnirlər ərəfəsində heyət seçimi daim tənqid olunur. Mövsümün əvvəlində Yusuf Dəmirin “Qalatasaray”a transfer olunmasından sonra onun necə əldən çıxması və nə üçün Avstriya yığmasına qismət olması məsələsi aktuallaşdı. Həmin vaxt Kafkas özünü günahkar saymamış və onun sözlərindən belə çıxmışdı ki, Yusufun əldən çıxması Türkiyə yığmasının son iki məşqçisi Şenol Günəşlə Ştefan Kuntsun günahıdı! Ən son “Fənərbaxça”lı İsmayıl Yüksəkin sentyabrda ilk dəfə yığmaya dəvət almasından sonra Kafkas yenə tənqid atəşinə tutuldu. Çünki Jorje Jezuşun bir neçə həftəyə kəşf etdiyi belə istedadlı dayaq yarımmüdafiəçisinin ona qədər heç bir yaş qrupundan ibarət yığmalarda forma geymədiyi məlum olmuşdu. Halbuki İsmayılın peşəkar karyerası hələ 2018-də başlamış və bu ilə qədər o, icarə əsasında başqa klublarda 99 rəsmi oyuna çıxmışdı! Belə misalları çox saymaq olar. Büyüykekşinin son açıqlamasından isə belə bəll olur ki, aşağı yaş qruplarına oyunçular başqa yollarla dəvət alırmış.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-10-2022, 20:0

TFF 100-ə yaxın işçi ilə vidalaşacaq

Dünya futbolu

7-08-2022, 13:0

Kuntsun hərəkəti türkiyəli futbolsevərlərin xoşuna gəlmədi

Dünya futbolu

3-07-2022, 12:0

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

Dünya futbolu

8-10-2022, 13:0

Türkiyə yığmasının rəqibləri bəlli oldu

Dünya futbolu

20-08-2022, 13:0

TFF başqanı “Beşiktaş”ın cavabını verdi

Dünya futbolu

16-11-2022, 14:0

Kunts Türkiyənin AÇ-2024-ə vəsiqə qazanacağına inanır

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Bu gün, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Bu gün, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Bu gün, 20:10
    Madridi tərk edəcək
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 195
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 185
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə