"Şamaxı"nın yeni baş məşqçisi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Klub rəhbərliyi komandanı daha yaxından tanıyan bir mütəxəssisə ehtiyac olduğunu nəzərə alaraq tanınmış sabiq milli üzvü, baş məşqçi və hazırda İdarə Heyətinin sədr müavini Ramiz Məmmədovu bu işə cəlb edib. Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.