"Football-plus.az" xəbər verir ki, o, Argentina millisindəki çıxışına gələn yay son qoyacaq.
35 yaşlı yarımmüdafiəçi Amerika Kubokunun onun yığmadakı sonuncu turniri olacağını açıqlayıb. Bu yarış 2024-cü il iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Hazırda “Benfika”da çıxış edən 35 yaşlı futbolçu Argentina mətbuatına qərarı ilə bağlı açıqlamasında belə deyib:
“Amerika Kubokunda sonuncu dəfə milli formanı geyəcəyəm. Bir neçə aydan sonra karyeramda baş verən ən gözəl hadisə ilə vidalaşacağam. Azarkeşlərə, ailəmə təşəkkür edirəm. Dostlar və komanda yoldaşlarım, biz tarix yazmağa davam edirik”.

