Milli karyerasını bitirəcəyini açıqladı

27.03.2022 11:00 597
Dünya futbolu
Anxel Di Mariya Argentina millisindəki karyerasını bitirəcək.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda onun özü DÇ-2022-nin seçmə mərhələsinin Venesuela ilə (3:0) oyunundan sonra yerli mətbuata açıqlamasında bu haqda xəbər yayıb.

Yarımmüdafiəçi, Qətərdə keçiriləcək DÇ-2022-dən sonra milli formanı geyinməyəcəyini deyib.

Qeyd edək ki, Di Maria 2008-ci ildən Argentinada çıxış edir və 121 oyuna 24 qol vurub.