“Football-plus.az” olaraq, məsələ ilə bağlı Laçın təmsilçisinin baş məşqçisi Cavid Süleymanovla əlaqə saxladıq:
“İndiyə kimi Nuran Hüseynov kluba cibindən 1 manat pul belə qoymayıb. Hər şeyi komandanın təsisçi-direktoru İlqar İmamquliyev edirdi. Hacı Nuran bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar. Mənim onunla düşmənçiliyim yoxdu. Sadəcə, o, “Xarı Bülbül”ə heç bir maddi yardım etməyib”.
CAVİD ƏLİYEV





