"Football-plus.az" xəbər verir ki, püşk, avrokuboklarda hədəf, komandanın planları barədə şuşalıların təsisçi-direktoru və kapitanı İlqar İmamquliyevlə söhbətləşdik:
"İlk dəfə avrokuboklarda ölkəmizi təmsil edəcəyik. Rəqiblərimiz çətin olsa da, sona kimi mübarizə aparacağıq. Klub olaraq yeniyik. Həm kişi, həm qadın voleybolu, həm də akademiyamızda olan bir neçə illik işi 9 aya etdik. Bu da bizi sevindirir. Həmçinin "Xarı Bülbül" haqda tanınmış RTL kanalı vasitəsilə xüsusi təqdimat göstərildi. Lakin biz bununla dayanmayacağıq. Çalışacağıq ki, daha irəli gedək və Şuşamızın adını dünya və Avropa arenasında səsləndirək".
CAVİD ƏLİYEV






