"Sabit mübarizə apardıq və rəqibi məğlub etdik"

23.11.2023 18:53 360
İdman / Manşet
Srağagün kişi voleybolçulardan ibarət “Xari Bülbül” Çağırış kubokunun 1/16 final mərhələsinin ilk oyununda Bakıda Yunanıstan “Panatinaikos”u ilə qarşılaşdı.

İlk iki setdə qonaqlar üstün olsalar da, sonuncu setdə komandamız önə keçməyi bacardı. Lakin sonda Afina təmsilçisi geridönüş edərək 3:0 (25:20, 25:17, 25:20) hesabıyla qalib gəldi. Oyundan sonra “Panatinakos”un 30 yaşlı Atanasios Protopsaltis fikirlərini “Futbol+”lə bölüşdü:
“Bizim üçün çətin oyun idi. Çünki uzun bir məsafə qət edərək Bakıya gəlmişdik. Sabit mübarizə apardıq və rəqibi məğlub etdik. İndi öz meydanımızdakı cavab görüşünü gözləyirik. 3:0 hesablı nəticə növbəti mərhələyə çıxmaq baxımından yaxşı üstünlükdü. Öz meydanımızda iki set qalib gələrək 1/8 finala rahat adlamaq üçün çalışmalıyıq”.


“Xarı Bülbül”ün baş məşqçisi Ziya Rəcəbov və voleybolçularımız isə danışmaq istəmədi.

CAVİD ƏLİYEV