"Xarı Bülbül" 1/16 finalda

26.10.2023 22:21 227
İdman / Manşet
Kişi voleybolçuların Çelenc Kubokunun 1/16 finalçıları müəyyənləşir.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz “Xarı Bülbül” də adını bu mərhələyə yazdırıb. Şuşalılar 1/32 finalda Slovakiya “TJ Spartak”ına qalib gəlib. Cavab matçında voleybolçularımız 3:1 (25:22, 22:25, 25:21, 25:21) hesablı qələbə qazanıb. İlk görüşdə də rəqibini məğlub edən (3:0) "Xarı Bülbül" növbəti mərhələyə yüksəlib.

Təmsilçimizin 1/16 finaldakı rəqibi “Panatinaikos” olacaq.