Klub futbolunda sərgilədiyi oyunu yığma səviyyəsində sərgiləyə bilmədiyi üçün tez-tez tənqid olunan Hakan Çalhanoğlu ilə bağlı xəbər var.
Karyerasını davam etdirən futbolçular arasında Türkiyə yığmasında ən çox matça çıxan oyunçu olan Çalhanoğlu son qarşılaşmalarda iştirak etməmişdi. Onun həyat yoldaşı uşaq dünyaya gətirmək üzrə olduğu üçün Hakan son yığma ''pəncərəsi'' zamanı məşqçilər korpusundan icazə alaraq düşərgəyə qoşulmadı. Türkiyə onsuz yoldaşlıq matçında səfərdə Almaniyanı məğlub etdi və üstəlik səfərdə Uels ilə 1:1 oynayaraq qrupu lider tamamladı.
Bu arada jurnalist Gökmən Özcan yığmanın son matçlarının ardından diqqətçəkən bir paylaşım edib. O, ''iks''də (tvitterdə) ''ən gözəl yığma komanda, Hakan Çalhanoğlunun olmadığı komandadı'' ifadəsini yazıb. Maraqlıdı ki, bu paylaşıma ''İnter''in üzvü özü də reaksiya bildirib. O, şərh hissəsinə alqış emojiləri qoyaraq jurnalistə özünəməxsus şəkildə cavab verib. Çalhanoğlunun meydanda olduğu son oyunda Türkiyə səfərdə Xorvatiyanı yenmişdi. Onu da bildirək ki, təcrübəli futbolçu bu günlərdə 3-cü dəfə ata olub.
ƏLİ