Çalhanoğlu formallığı aradan qaldırdı

6.07.2023 21:15 246
Dünya futbolu
Hakan Çalhanoğlu klubu ilə formallığı aradan qaldırıb.

“Football-plus.az” xəbər verir ki, “İnter” türkiyəli yarımmüdafiəçi ilə müqaviləsini yeniləyib. Milan klubu bir müddət əvvəl anlaşdığı 29 yaşlı futbolçu ilə sözləşmənin müddətini 2027-ci ilə qədər artırb.

Hakan “İnter”də 2021-ci ildən çıxış edir. O, son mövsüm bu komandada A seriyasında 33 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.