3:0-ın ardından “qızıl set” oynanılmış və yenə meydan sahibləri qalib gəlmişdi – 15:11. "Sarı-qaralar"ın baş məşqçisi Cengiz Akarçeşmənin bu oyunla bağlı fikirlərini öyrəndik:
"Bu məğlubiyyət oyun qura bilməməyimizlə bağlı oldu. Kollektivdə bunu görə bilmədim. Bakıda üstünlüklərimizdən istifadə edə bildik. Hesabı dəyişən oyunçularımızın sayı evdəki görüşdə çox idi. Set sonunda hakimin həlledici səhvi də təsir etdi"
."Avarka de Menroka"nın baş məşqçisi Bep Lorens Markes isə oyunla bağlı bunları dedi:
"Hücumda çox yaxşı oynadıq, seçimlərimiz uğurlu oldu. Dünən komanda olaraq, əla mübarizə apardıq. Ancaq növbəti mərhələyə çıxmağımız sürpriz oldu. Çünki "Azərreyl" ilk oyunda qalib gəldiyi üçün üstünlüyü var idi. Amma idmanda hər şey ola bilir. Mən artıq Bakıdakı matçdan sonra hiss etmişdim ki, geridönüş etmək gücümüz var. Oyunçularımın meydanda birlik göstərməsi ilə turu keçdik".
CAVİD ƏLİYEV





