Çağırış kubokunun 1/16 final mərhələsinin ilk görüşündə Bakıda “Avarka de Menorka”nı 3:1 hesabıyla məğlub etməyi bacaran “Azərreyl” dünən bu rəqiblə cavab oyununa çıxıb. Çox təəssüf ki, “dəmiryolçular” İspaniyada biabırçı məğlubiyyətlə üzləşib – 0:3 (20:25, 23:25, 17:25). Onlar yalnız 2-ci setə rəqibə az-çox müqavimət göstərib. 3:0-ın ardından “qızıl set” oynanılıb və yenə meydan sahibləri qalib gəlib – 15:11.Bu oyunla bağlı "sarı-qaralar"ın baş məşqçisi
Cengiz Akarçeşmə fikirlərini "Football-plus.az" saytı ilə bölüşdü:
"Dünənki məğlubiyyətimizin səbəbi oyun qura bilməməyimizlə bağlı oldu. Kollektivdə bunu görə bilmədim. Bakıda üstünlüklərimizdən istifadə edə bildik. Hesabı dəyişən oyunçularımızın sayı evdəki görüşdə çox idi. Set sonunda hakimin həlledici səhvi də təsir etdi".
CAVİD ƏLİYEV