Dünən qadın həndbolçular arasında ölkə çempionatının 2-ci turunda "Kür" səfərdə "İdman Akademiyası"nı məğlub etdi – 38:12.
Mingəçevir təmsilçisinin üzvü Səkinə Musayeva oyunla bağlı fikirlərini "Football-plus.az"ilə bölüşdü:
"Oyun bizim üçün normal keçdi. Rəqibin heyəti gənclərdən qurulub, inanıram ki, gələcəkdə yaxşı komanda olacaq. Onlar gənc olsalar da, heç vaxt səviyyə baxımından bizdən aşağıdılar düşüncəsində olmaram. Mən də bu yolu keçmişəm".
Milli üzvü 1-ci turda evdə "Qarabağ"a 24:25 uduzduqları oyun barədə də fikirlərini bildirdi:
"Qarabağ"a evdə bir top fərqlə uduzduq. Belə hesabla məğlub olmağı sevmirəm. Matçdan sonra 3 dəfə təkrara baxmışam. Səhvlərimiz çox idi. Bir sıra planlarımızı həyata keçirə bilərdik, amma bunu meydanda göstərmədik. Düşünürəm ki, sürətli oynamalıydıq. İndi üzərimizdə işləməliyik. Heç bir komanda meydana uduzmaq üçün çıxmır".
CAVİD ƏLİYEV