Turun maraqlı qarşılaşmalarından biri də sabah Mingəçevirdə keçiriləcək. Bu mövsüm avrokuboklarda mübarizə aparmış qadınlardan ibarət "Kür" ilə "Qarabağ" üz-üzə gələcək.
“Nur şəhəri” təmsilçisinin lideri Səkinə Musayeva bu oyunla bağlı fikirlərini "Football-plus.az" saytı ilə bölüşdü:
"Bu mövsüm hədəfimiz həm ölkə çempionatında, həm də kubokda birinci yerdi. Qalib gələcəyimizə inanıram. Heyətimiz də yaxşıdı. Rəqibə gəlincə, onlar da formada olan kollektivdi. Ümid edirəm ki, bu il maraqlı liqa izləyəcəyik. Bunu daha da rəngarəng etmək üçün biz oyunçular əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, bu oyun saat 14.00-da start götürəcək.
CAVİD ƏLİYEV






