Luis Diasın atasından ''Barselona'' etirafı

18.11.2023 13:09 191
Dünya futbolu
Təxminən 12 gün əsirlikdə keçirdikdən sonra azad edilən ''Liverpul''un kolumbiyalı ulduzu Luis Diasın atası Manuel Dias oğlu ilə bağlı diqqətçəkən bir etiraf edib.

"Football-plus.az" xəbər verir ki, Ata Dias oğlunun ən böyük arzusunun ''Barselona''da top qovmaq olduğunu bildirib:

''Oğlum ''Barselona''nın çox böyük heyranıdı. Orda oynamaq onun ən böyük arzusudu. Hərçənd hazırda belə bir transferin baş tutma ehtimalının olub-olmadığını bilmirəm. Onun ''Barsa''da oynamaq istəməsində qeyri-adi bir şey yoxdu. Çünki ''Barselona'' dünyanın öndə gələn klublarından biridi. Ona verdikləri dəstəyə görə ''Portu'' və ''Liverpul''a təşəkkür edirəm. Tanrıya şükürlər olsun ki, çalışqan, sadiq və intizamlı futbolçudu''.

ƏLİ